Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Bəhreyn Krallığının Manama şəhərində «Turizmdə yeni mədəni üfüqlərin araşdırılması» mövzusunda beynəlxalq konfransda iştirak edib. Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, UNESCO-nun Dünya Mədəni İrs Mərkəzinin nümayəndəsi Peter Debrin, Misir, Fransa, İrlandiya, ABŞ, Hindistan, İspaniya və digər ölkələrin nümayəndələri çıxış ediblər. Məruzələrdə mədəni turizm sahəsində yeni istiqamətlər, özəl və dövlət sektorunun bu sahədə əməkdaşlığı, milli özünəməxsusluğun qorunması məqsədilə maarifləndirmə işinin təşkili, mədəni irsin qorunması məqsədilə kadrların hazırlanması və s. mövzulara toxunulub.
Fəxriyyə