Mayın 3-də Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə «Heydər Əliyev və dövlətçiliyimiz» mövzusunda elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Dövlət Dram Teatrında gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş sərgi ilə tanış olublar. Burada kollecin tələbələrinin dekorativ əl işləri və rəsmləri, «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda inşa müsabiqəsinin qalibi olan yazılar, ulu öndərə həsr olunmuş nəfis tərtibatlı fotoalbomlar və kollecin müəllimlərinin 50-dək məruzəsi nümayiş etdirilib.
   Kollecin direktoru, professor Əyyub Əyyubov konfransı açaraq ümummilli liderin milli dövlətçiliyimizin əsasının möhkəmləndirilməsi, müstəqilliyimizin iqtisadi təməlinin yaradılması sahəsində tarixi xidmətlərindən danışıb.
   Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev ulu öndərin yubileyi münasibətilə kollecdə aparılmış işləri yüksək qiymətləndirib. YAP şəhər təşkilatının və Mingəçevir bələdiyyəsinin sədri Cavanşir Yusibov professor Əyyub Əyyubova təşkilatın fəxri fərmanını təqdim edib.
   Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov, müəllimlərdən Ceyhun Abdullayev, Çinarə Allahverdiyeva, Sevda Kərimova, Sahib Hüseynov, Aynurə Abbasova dövlətçiliyimizin möhkəmləndirilməsində Heydər Əliyevin misilsiz xidmətləri, ulu öndərin neft strategiyası və Azərbaycanın iqtisadi inkişafında onun rolu, Azərbaycan turizminin inkişafına diqqəti və s. mövzularda məruzələrlə çıxış ediblər. Tədbir incəsənət ustalarının çıxışları ilə başa çatıb.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar