Türkiyənin Kahramanmaraş bələdiyyəsinin və Qazi Universitetinin təşkilatçılığı ilə «Türk və dünya mədəniyyətində Kahramanmaraş. Xalq sənətləri» mövzusunda beynəlxalq simpozium keçirilib. İştirakçılar öz ölkələrinin sənət tarixi barədə danışıb, xalq sənəti nümunələrini nümayiş etdiriblər.
   Turizm İnstitutunun baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarova «Azərbaycan xalq sənətinin parlaq nümunələri» mövzusunda məruzəsində muzeylərimizdə saxlanılan dekorativ-tətbiqi sənət nümunələri və onların hazırlanma üsullarından danışıb. Bildirib ki, son vaxtlar Azərbaycanda turizm sənayesinin gündən-günə inkişafı, ölkəmizə böyük turist axını xalq sənəti nümunələrinin geniş çeşiddə hazırlanmasına diqqəti artırmağı tələb edir. Məruzədə ölkəmizin qədim sənətkarlıq mərkəzləri - Lahıc, Şəki, Basqal və digər yerlərə turist səfərlərinin təşkili, unudulmaqda olan milli sənətkarlıq ənənələrinin bərpasından söz açılıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar