Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində bir sıra turizm şirkətlərinə fəaliyyətlə bağlı lisenziya verib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq aşağıdakı turizm şirkətləri lisenziya alıb: «SunWay Ltd» MMC, «Qafqaz Hotel» MMC, «AİT» MMC, «Alfa-Mi Travel» MMC.
   Bununla yanaşı, «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 5.1.1. bəndinə əsasən, «Riad Tour» MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar