Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyənin "World Travel Channel" telekanalının 4 nəfər əməkdaşı mayın 8-də ölkəmizə gəlib. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Türkiyənin "World Travel Channel" telekanalında yayımlanmasıdır. Mayın 18-dək davam edəcək səfər zamanı Bakı, Quba, İsmayıllı, Şəki, Qəbələ, Lerik, Lənkəran, Naftalan və Gəncədə çəkilişlərin aparılması nəzərdə tutulub.
   Qeyd edək ki, telekanalın əməkdaşları 2012-ci ildə də Bakıda keçirilən “AİTF" Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində Azərbaycana səfər edib və ölkəmiz haqqında film hazırlayıblar. Bundan əlavə, Türkiyənin “Bəyaz TV" kanalının əməkdaşları ölkəmizdə çəkiliş aparıb və "Dünya turu" proqramında üç dəfə Azərbaycana həsr edilən veriliş yayımlanıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar