İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunun Kəngərli kəndində də tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün kənddə 290 fərdi ev inşa olunacaq.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidovun bildirdiyinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar Ağdam şəhərində beş yaşayış məhəlləsi və 12 kəndin tikintisi həyata keçiriləcək.
Kəngərli kəndində tikinti işlərinin 2024-cü ilin sonunadək yekunlaşması planlaşdırılır. Kəndin öz sakinlərini 2025-ci ilin əvvəllərində qəbul edəcəyi nəzərdə tutulur.
Artıq 118 evin bünövrəsi qazılıb, 90 evdə bünövrəyə hazırlıq işləri görülüb, 86 evin bünövrə işləri tamamlanıb, 76 evdə hörgü işləri aparılır. Evlər iki, üç, dörd və beşotaqlı olacaq.