Azərbaycan Turizm İnstitutunda tələbələrin «Hilton Baku» hotelinin əməkdaşları ilə görüşü olub. Təqdimat-seminar formatlı tədbirdə hotelin treninq meneceri Gülnar Quliyeva “Hilton” hotellər şəbəkəsinin tarixi, fəaliyyəti barədə məlumat verib.
   «Dünyanı qonaqpərvərlik işığı və istisi ilə sevindirək» devizinə hər zaman sadiq qaldıqlarını vurğulayan qonaq «Hilton Worldwide» şirkətinin dünya üzrə 3900 hotelinin fəaliyyət göstərdiyini deyib: “Hilton Baku” komanda şəklində fəaliyyətə önəm verir. Elə bu səbəbdən hotelin nüfuzu gündən-günə artır”.
   Təqdimat-seminarda hotelin insan resursları üzrə koordinatoru Rəşad Hüseynzadə tələbələrin karyeranı necə qurmaq olar, «Hilton Baku»da çalışmaq üçün başlıca şərt nədir, komanda deyilən heyətdə bizləri görmək istərdinizmi, hotellərdə vəzifə bölgüsü necə aparılır və s. suallarını cavablandırıb.
   Qeyd edək ki, ATİ-nin tələbələri mayın 16-da «Hilton Baku»da təşkil olunan «hotel turu»nda iştirak edib.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar