Mayın 15-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevir Turizm Kollecində olub. Təhsil ocağının direktoru Əyyub Əyyubov kollecin fəaliyyəti, tədris prosesi, xarici ölkələrdəki təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verib. İcra başçısı fənn laboratoriyaları ilə tanış olub, ulu öndər Heydər Əliyevin 90 illiyi, Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri ilə bağlı fotostendə, tələbələrin rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxıb.
   
   Fəxriyyə Abdullayeva