«Türk Hava Yolları» Azərbaycanın turizm şirkətləri üçün bonus sistemi proqramını tətbiq edəcək. Bir qədər əvvəl Azərbaycan turizm şirkətləri üçün komissiya haqlarının ödənilməsindən imtina edən «Türk Hava Yolları» yeni əməkdaşlıq barədə qərar verib. Yeni razılaşmaya əsasən, hər bir şirkət satdığı biletin sayına uyğun olaraq bonus alacaq. Artıq bonus sisteminin yerli turizm şirkətləri üçün tətbiqinə də başlanılıb. Qeyd edək ki, Azərbaycanın turizm şirkətləri üçün komisyon haqqının ödənilməsi daha sərfəli idi: «Bonus sistemi dünya praktikasında tətbiq edilir. Amma «Türk Hava Yolları» başqa dövlətlərlə müqayisədə Azərbaycanın turizm şirkətləri üçün tətbiq etdiyi bonus sisteminin daha sərfəli olacağına söz verib.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar