Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Belçikanın "Glocal Communications SPRL" şirkətinin 4 əməkdaşı ölkəmizdə səfərdədir. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Fransanın "TV 5 Monde", Belçikanın "La Une" və Almaniyanın "TV Berlin" telekanallarında yayımlanmasıdır.
Bununla əlaqədar iyunun 4-dən 8-dək Bakıda və Quba rayonunda çəkilişlərin aparılması nəzərdə tutulub. Səfər zamanı Azərbaycanın tarix və arxitektura abidələrinin, muzeylərinin, dini yerlərinin, müasir infrastrukturunun çəkilişləri planlaşdırılıb.