Ötən həftə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Cənubi Afrika Respublikası turizm nazirinin müavini xanım Tokozile Xasanın rəhbərliyi ilə bu ölkənin nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunun qonağı olub.
   
   ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqlara təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, institut məzunlarının bir çoxu beşulduzlu hotel və tanınmış turizm müəssisələrində çalışırlar.
   Tokozile Xasa ölkəmizə ilk dəfə gəldiyini və səfərin onlarda xoş təəssürat yaratdığını bildirib. Cənubi Afrika Respublikasında turizmin inkişafından danışan qonaq 2009-cu ildən bu sahənin ümumi daxili məhsulun 8%-ni təşkil etdiyini, turistlərin əsas etibarilə Afrika qitəsindən, eyni zamanda Avropa, Çin, Hindistan və Braziliyadan olduqlarını diqqətə çatdırıb.
   Ölkəsi barədə məlumat verən T.Xasa bildirib ki, 50 milyona yaxın əhalisi olan Cənubi Afrika Respublikasında 11 dil rəsmi statusa malikdir. Etnik baxımdan zəngin olan ölkədə çoxlu abidələr var: “UNESCO-nun mədəni irs siyahısına daxil olan 7 abidə, safari imkanları, milli parklar turistləri daha çox cəlb edir».
   Qonaq keyfiyyətli kadr hazırlığını hədəf seçmiş ATİ ilə CAR-ın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərdiklərini bildirib.
   * * *
   Forum iştirakçısı olan ABŞ-ın Viskonsin Stout Universitetinin professoru, Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçi prezidenti, «Turizm tədqiqatları salnaməsi» jurnalının təsisçisi, Turizm Ensiklopediyasının baş redaktoru Cəfər Cəfəri ilə də ATİ-də görüş keçirilib. Görüşdə rektor Cəfər Cəfərov institutun dünyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrindən söz açıb.
   Amerikalı professor qeyd edib ki, hər bir ölkə turizmin inkişaf modelini gerçəkləşdirmək üçün ilk növbədə onun ali təhsil bazasını yaradır. ATİ-də yüksək təhsil səviyyəsi barədə məlumatı maraqla qarşılayan qonaq xarici ölkə universitetlərindən tanınmış alim-tədqiqatçı və təlimçilərin tədris prosesinə cəlb edilməsi təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayıb.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar