Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində reallaşan “Yaradıcı həftə” çərçivəsində dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ölkənin aparıcı ali təhsil müəssislərində kino nümayişləri təşkil olunub.
“Qisas almadan ölmə”, “Olimpia”, “Biz”, “Canavar ovu”, “Qafqaza qayıdış” kimi bədii və sənədli filmlər ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində müəllim və tələbələr üçün nümayiş etdirilib.
Filmlərin yaradıcı heyətləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşlarının da iştirak etdiyi təqdimatlar böyük maraqla qarşılanıb.