Bu ilin noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 1 aprel-1 may tarixlərində elan edilmiş loqo müsabiqəsinə yekun vurulub. Müsabiqəyə təqdim edilmiş 207 eskiz və layihəyə festivalın təşkilat komitəsi tərəfindən baxılıb və Vüqar Məmməd oğlu Haqverdiyevin işi seçilərək qalib elan olunub.