İyunun 16-dan 20-dək Gəncədə «Turizmin inkişafı və gənclər» forumu keçiriləcək. Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, «Odlar Yurdu» Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaqdır.
Layihə çərçivəsində gənclər peşəkar kadrların təcrübəsindən, məsləhətlərindən yararlanaraq təşkil olunan panellərdə iştirak edəcəklər.
Fəxriyyə