İyunun 7-dən 9-dək Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında «Atam, anam və mən turist ailəsiyik» idman-turizm yarışması keçirilib. Yarışda müxtəlif idman cəmiyyətlərini, Xaçmaz, Qusar, İsmayıllı və Göygöl rayonlarını təmsil edən 50-dən çox ailə komandası iştirak edib. İştirakçılar çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində mübarizə aparıblar.
   Yarışa iyunun 9-da yekun vurulub. Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunub.

   Fəxriyyə