Ölkəmizin Yaponiyadakı səfirliyinin və Yaponiya Səyahət Agentliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Tokioda “Azərbaycanda turizm sənayesi” mövzusunda təqdimat keçirilib.
   
   Təqdimatda Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məsul işçiləri, 30-dək şirkətin nümayəndələri və mütəxəssislər iştirak ediblər.
   Səfir Gürsel İsmayılzadə əvvəlcə ölkəmizin iqtisadiyyatı, aparıcı sahələr, makroiqtisadi göstəricilər barədə iştirakçılara ətraflı məlumat verib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. Azərbaycanın turizm sektoru haqqında məlumat verən səfir bu sahənin inkişafı üçün əməli tədbirlər görüldüyünü, ölkədə beynəlxalq standartlara cavab verən turizm obyektlərinin tikildiyini, 2010-2014-cü illər üzrə turizmin inkişafına dair Dövlət Proqramının icra olunduğunu bildirib. Ölkəmizə gələn turistlərin ümumi göstəricisi və Azərbaycana səfər edən yapon turistlərin artım dinamikası, hotellərin sayı, turizm şirkətləri haqqında məlumatlar slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
   Sonra Azərbaycanın turizm potensialı haqqında videoçarx nümayiş etdirilib.
   Yaponiyanın regionumuz üzrə ixtisaslaşmış turist şirkətlərinin nümayəndələri çıxış edərək Azərbaycana səfərlərin təşkilinin şərtləri, növləri və turistləri maraqlandıran digər məqamlar barədə ətraflı məlumat veriblər. Səfir yapon iş adamlarının suallarını cavablandırıb. Tədbirdə Azərbaycanda istehsal edilmiş şərab nümunələri də iştirakçılara təqdim edilib.

   Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar