2012-ci ildə Azərbaycandan xarici ölkələrə bu və ya digər məqsədlərlə 3,8 milyon insan gedib ki, bunun da təxminən 2,8 milyon nəfəri turist kimi səfərə çıxanlardır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin turizm və ictimai iaşə şöbəsinin müdiri Rauf Ağayev məlumat verib. «MDB ölkələri və Gürcüstan üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı» çərçivəsində Bakıda keçirilən seminarda çıxış edən şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycanda 514 hotel və 170 turizm şirkəti fəaliyyət göstərir: «Statistika Komitəsi turizmlə bağlı statistika hazırlayarkən bu qədər hotel və turizm şirkətinə anket göndərir. Turizm statistikası hazırlanarkən turizm müəssisələri ilə yanaşı, Dövlət Sərhəd Xidmətindən ölkəyə daxil olan və ölkədən çıxan yerli və xarici turistlərin sayı haqqında da məlumat alınaraq ümumiləşdirilir: «2012-ci il ərzində Azərbaycana 2 milyon 400 min insan səfər edib ki, onun da 1,9 milyonu - təxminən 79 faizi turist kimi gəzməyə gəlib».
   Şöbə müdiri bir məlumatı da diqqətə çatdırıb ki, avqust ayında Dövlət Statistika Komitəsi Azərbaycanda daxili turizmlə bağlı geniş araşdırma aparacaq.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar