AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin “Dərbənd: XVIII – XIX əsrin əvvəllərində” adlı kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabda arxiv sənədləri və tarixi mənbələr əsasında Dərbəndin XVIII – XIX əsrin əvvəllərində sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti araşdırılır. Əsərdə XVIII əsrin əvvəllərinədək Səfəvi şahının təyin etdiyi hakimin sultanlıq kimi idarə etdiyi Dərbəndin 1722-1735-ci illərdə çar Rusiyası tərəfindən işğalı dövründəki vəziyyəti, 1747-1759-cu və 1796-1803-cü illərdə mövcud olmuş Dərbənd xanlığının, habelə Dərbəndin Quba xanlığının tərkibində olduğu illərdə (1759-1796, 1803-1806) vəziyyəti nəzərdən keçirilir.