Salyan rayon MKS-də Xalq şairi Məmməd Arazın (1933-2004) 90 illiyi münasibətilə tədbir təşkil olunub.

Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şairin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AYB-nin Muğan bölməsinin sədri Nəbi İbrahimov və başqaları çıxış edərək Məmməd Arazın yubileylərinin ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev şairin yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib, onu “İstiqlal” ordeni ilə təltif edib. Prezident İlham Əliyev şairin xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

Tədbirin bədii hissəsində Məmməd Arazın şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Nurəddin