Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburq Mariinski Teatrının solisti Elnarə Məmmədova Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Sankt-Peterburq hökumətinin Smolnı sarayında keçirilən təqdimat mərasimində Elnarə Məmmədovanın şəhərin mədəni həyatına töhfəsi xüsusi diqqətə çatdırılıb.

Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev qubernator tərəfindən ilk dəfə xarici ölkənin artistinə təşəkkürnamənin verildiyini diqqətə çatdırıb və vurğulayıb ki, azərbaycanlı opera və balet ustalarının Mariinski Teatrının truppasında fəxri yer tutması iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov sənətçimizə göstərilən diqqətə görə qubernator A.Beqlova təşəkkürünü bildirib.