Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müxtəlif rejissorların quruluşunda yeni-yeni səhnə əsərlərinin məşqləri davam etdirilir. Onlardan biri də Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu evlənir" (Oqtay Rəcəbov, Sabit Rəhman) komediyasıdır.
Tamaşanın məşqində Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev iştirak edib, yaradıcı heyətlə fikir mübadiləsi aparıb, bəzi tövsiyələrini verib.
Rejissor Musiqili Teatrın səhnəsində yazıçı-dramaturq Sabit Rəhmanın “Hicran” komediyasından sonra onun ikinci bir əsərinin səhnəyə qoyulmasının böyük məsuliyyət olduğunu vurğulayıb.
Tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Əməkdar artist İqrar Salamovdur.
Səhnə əsərində İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Nahidə Orucova, İqrar Salamov, Səmədzadə Xasiyev, Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Gültac Əlili, Aydan Həsənova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Eleonora Abbasova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Elçin İmanov, Mehriban Rəcəbova, Nərmin Əliyeva, Böyükxanım Məmmədova, Nəzrin İsmayılzadə, Əlizamin Abbasov iştirak edəcəklər.