Milli festivallarımızın (nar, alma, folklor və s.) sırasına daha biri əlavə olunacaq. Avqustun 24-25-də Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi, «Qafqaz Resort» mehmanxanasının baş sponsorluğu ilə Qəbələdə ilk dəfə «Mürəbbə festivalı» keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, festivalda respublikanın bir sıra rayonlarından mürəbbə hazırlayanlar, bədii kollektivlər və xalq tətbiqi sənəti ustaları iştirak edəcək. Tədbir çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi, Bakı, Qəbələ və ölkəmizin digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə müraciət edərək, onların da tədbirdə yaxından iştirakını və «Mürəbbə festivalı»nı həmin ərəfədə ölkə daxilində təşkil edəcəkləri turlara daxil etmələrini tövsiyə edir.

   Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar