Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş Uşaq İncəsənət Festivalının (UİF) iştirakçıları Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

Ağdaş Rayon İcra Hakimiyyəti, Mərkəzi Aran RMİ, digər dövlət orqanlarının məsul işçiləri, idarə, müəssisə və təşkilatların, mədəniyyət müəssisələrinin əməkdaşları konserti izləyiblər.

Regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin festivalda iştirak edərək fərqlənən şagirdləri səhnədə öz məharətlərini göstəriblər. UİF-nin müxtəlif nominasiyaları üzrə hər üç mərhələsində iştirak etmiş uşaqların çıxışları alqışlarla qarşılanıb.

Sonda festival iştirakçılarının qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Xatırladaq ki, festivalın yekununda Ağdaş şəhəri “Əl sənətkarlığı şəhəri” nominasiyası üzrə fərqlənərək diplomla təltif edilib.

N.Məmmədli