Turizm mövsümü başlayandan Göygöl rayonuna istirahətə gələnlərin sayı artıb. Buna səbəb olan amillərdən biri də rayonun 2013-cü il üçün “Azərbaycanın sənətkarlar paytaxtı” seçilməsidir. Göygöl Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, rayona gələn turistlər gözəl təbiətlə yanaşı, tarixi abidələrlə, eləcə də yerli sənətkarların əl işləri ilə də tanış ola bilirlər. Bundan əlavə, turistlərin marağını artırmaq məqsədilə yeni turizm obyektləri yaradılır.
   Bu yaxınlarda rayonun Toğanalı və Topalhəsənli kəndlərində yeni turizm istirahət mərkəzləri istifadəyə verilib. Çaykənd, Mixaylovka, Üçbulaq və Yeni Zod kəndlərində isə mövcud obyektlərdə yenidənqurma işləri aparılıb.
   Həyata keçirilən bütün tədbirlər nəticəsində son bir ayda bölgəyə 10 min nəfərdən artıq turist gəlib. Mövsümün sonunadək turistlərin sayının 30 minə çatacağı proqnozlaşdırılır.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar