Dekabrın 26-da SSRİ və Azərbaycanın Xalq artisti, bəstəkar, pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru professor Fərhad Bədəlbəylinin konserti keçirilib.
BMA-nın böyük zalında gerçəkləşən musiqi axşamı görkəmli bəstəkarın anadan olmasının 76-cı ildönümü münasibətilə təşkil olunub.
Bəstəkara təbrik çıxışlarından sonra dirijor, Xalq artisti Ramiz Məlik-Aslanovun rəhbərliyi altında BMA-nın Simfonik orkestrinin müşayiəti ilə Fərhad Bədəlbəyli Edvard Qriqin “Piano və orkestr üçün konsert”ini (a moll, op.16) ifa edib. Sənətkarın təntənəli ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Sonda Fərhad Bədəlbəyli xoş arzulara görə təşəkkürünü bildirib.