Azərbaycan
27 dekabr 1897 – Xalq artisti Yuzef Davidoviç Çarski (Tanxelson; 1897-1948) Tiflisdə doğulub. Dövlət Rus Dram Teatrının aktyoru (1928-ci ildən) olub.
27 dekabr 1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912 – 25.9.1984) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir sıra filmlərin (“Fətəli xan”, “Telefonçu qız”) 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.
27 dekabr 1932 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.
27 dekabr 1934 – Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.
27 dekabr 1938 – Xalq artisti Safurə Ağabala qızı İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərdə çəkilib.
27 dekabr 1990 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (30.12.1926 – 1990) vəfat edib.
28 dekabr 1918 – Şair, tərcüməçi İbrahim Kəbirli (İbrahim İsmayıl oğlu İbrahimov; 1918–1995) Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan dilindən rus dilinə və əksinə ədəbi tərcümələr edib.
28 dekabr 1920 – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, akademik Firudin Qasım oğlu Köçərli (1920 – 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində doğulub. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1967-1985) işləyib.
28 dekabr 1927 – Əməkdar incəsənət xadimi, bəstəkar Nəriman Həbib oğlu Məmmədov (1927 – 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: “Şeyx Sənan” baleti, “Hüseyn Cavid” simfoniyası və s.
28 dekabr 1937 – Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937 – 4.1.2017) Ordubad rayonunun Anabad kəndində doğulub.
28 dekabr 1941 – Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 – 30.8.2000) Ağdam rayonunun Çəmənli kəndində doğulub. “Anama layla”, “Sevgi borc verilməz”, “Haqqa pəncərə” və s. kitabların müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991–2000) olub.
28 dekabr 1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 – 1968) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
29 dekabr 1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 – 4.9.2003) Bakıda anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.
29 dekabr 1924 – Əməkdar artist Sadıq Ömər oğlu Hüseynov (1924-2003) Kürdəmir rayonunun Atakişili kəndində doğulub. Akademik Dram Teatrında çalışıb. Filmlərdə çəkilib. Radioda uşaq verilişlərində Savalan baba obrazı ilə yadda qalıb.
29 dekabr 1929 – Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 – 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
29 dekabr 1929 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 – 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub.
29 dekabr 1944 – Əməkdar incəsənət xadimi, yazıçı-publisist Sara Oğuz (Sara Mollaçı qızı Nəzirova; 1944 – 22.6.2014) Oğuz rayonunda anadan olub. Sənədli filmlərin ssenari müəllifidir.
29 dekabr 1946 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 – 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.
29 dekabr 1951 – Əməkdar artist Elşad Allahverdi oğlu Zeynalov (1951–2007) Ağsu rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru, direktoru olub.
30 dekabr 1926 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (1926 – 27.12.1990) Şuşada doğulub. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Şah İsmayıl” və s.) əsas rolları ifa edib.
30 dekabr 1937 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (1937 – 27.3.2020) anadan olub. 1960-70-ci illərdə “Qaya” kvartetinin solisti,. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri olub.
30 dekabr 2017 – Xalq artisti, tanınmış pianoçu Çingiz Hacı oğlu Sadıxov (5.4.1929 – 2017) vəfat edib.
31 dekabr 1903 – Əməkdar incəsənət xadimi, Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) Bakıda doğulub. “Lətif” (1930), “İsmət” (1934) və s. bədii filmlərə quruluş verib, sənədli filmlər çəkib.
31 dekabr 1907 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 – 5.11.1978) Bakının Ramana kəndində anadan olub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov; 1910 – 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Babək”, “Odlar içində”, “Səngərdən gələn səslər” və s.
31 dekabr 1920 – Əməkdar mədəniyyət işçisi, şair Zeynal Əliabbas oğlu Cabbarzadə (1920 – 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
31 dekabr 1924 – Folklorşünas, filologiya elmləri doktoru Vaqif Əli oğlu Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.
31 dekabr 1927 – Əməkdar artist, opera müğənnisi Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. Filmlərdə (“Böyük dayaq”, “Gecə qatarında qətl” və s.) çəkilib.
31 dekabr 1927 – Xalq rəssamı Rasim Hənifə oğlu Babayev (1927 – 24.4.2007) Bakıda anadan olub. “Daşkəsən”, “Sumqayıt”, “Qobustan”, “Xınalıq” linoqravüra silsilələrinin, kitab qrafikası üzrə əsərlərin müəllifidir.
31 dekabr 1928 – Tanınmış rejissor Rauf Mirmahmud oğlu Kazımovski (1928 – 2.3.1976) Bakıda doğulub. Çoxsaylı radio və televiziya tamaşalarına, bədii televiziya filmlərinə (“Poçt qutusu”) quruluş verib.
31 dekabr 1928 – Tanınmış rəssam Rasim Həşim oğlu Xələfov (1928 – 23.4.2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun “Gənclik”, “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
31 dekabr 1932 – Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932–2004) Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub.
31 dekabr 1934 – Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899 – 1934) vəfat edib. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub, milli kinoda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifidir.
31 dekabr 1935 – Ədəbiyyatşünas, mətnşünas alim Ofeliya Əşrəf qızı Bayramlı (1935–2006) anadan olub.
Dünya
27 dekabr 1901 – Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich – Marie Magdalene Dietrich; 1901–1992) anadan olub.
28 dekabr 1903 – Rus kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903–1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.
29 dekabr 1775 – İtalyan memar Karl Rossi (Carlo di Giovanni Rossi; 1775–1849) anadan olub. Sankt-Peterburq şəhərində bir çox memarlıq ansambllarının müəllifidir.
30 dekabr 1865 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865–1936) Bombeydə doğulub.
31 dekabr 1869 – Fransız rəssam və heykəltaraş Anri Matiss (Henri Matisse; 1869–1954) anadan olub.
Hazırladı: V.Orxan