Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi ilə birgə Xalq şairi Məmməd Arazın (1933-2004) 90 illik yubileyinə həsr olunan “Azərbaycan – dünyam mənim” adlı tədbir keçirilib.

Mərkəzin direktoru Reyhanə Sadıxova Məmməd Arazın 90 illiyi ilə bağlı bədii qiraət müsabiqəsinin keçirildiyini bildirib.

AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şairə Xatirə Xatun, Lənkəran-Astara RTİ-nin Lənkəran rayonu üzrə sektorunun əməkdaşı Cəmil Axundzadə və başqaları çıxış edərək şairinin həyat və yaradıcılığından danışıb, onun poeziyasının Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan igidlərimizin ilham mənbəyi olduğunu, gənclərin əsl vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Məktəblilər şairin şeirlərini qiraət ediblər. Müsabiqə qalibi şagirdlər Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin hədiyyə və fəxri diplomları ilə təltif olunublar. Tədbir musiqi və rəqs nömrələri ilə davam edib.

Nurəddin