Britaniyanın “Daily Mail” nəşrinin verdiyi məlumata görə, Çindəki Tyanmen dağının yamaclarında 100 metr dərinlikdə yerləşən keçmiş daş karxanasında beşulduzlu hotel tikiləcək.
Dəyəri 530 milyon dollar olan layihə Britaniyanın “Atkins” şirkəti tərəfindən hazırlanıb. 19 mərtəbəli hoteldə 380 nömrə olacaq. Hotelin iki mərtəbəsi suyun altında, binanın qalan hissəsi isə çapılmış dağın içərisində yerləşəcək. Burada qonaqlar su idmanı, alpinizm və banci-campinq ilə məşğul ola biləcəklər. Qonaqlar öz nömrələrindən çıxmadan 100 metr hündürlüyündə fəvvarəyə tamaşa edə biləcəklər.
Hotelin tikintisini 3 il ərzində başa çatdırmaq planlaşdırılır. Burada nömrələrdə bir sutka qalmaq təxminən 300 dollara başa gələcək.
Fəxriyyə Abdullayeva