20-dən ar­tıq tə­lə­bə­nin Krems Uni­ver­si­te­ti­nin dip­lo­mu­nu al­maq şan­sı var

A­zər­bay­can Tu­rizm İns­ti­tu­tun­da (ATİ) dör­dün­cü mə­zun bu­ra­xı­lı­şı ola­caq. Bu il təh­sil oca­ğı­nın 125-dək mə­zu­nu ba­ka­lavr dip­lo­mu, 10-dan çox mə­zun isə ma­gistr dip­lo­mu ala­caq.

Bu ba­rə­də qə­ze­ti­mi­zə mə­lu­mat ve­rən ins­ti­tu­tun pro­rek­to­ru El­dar As­la­no­vun söz­lə­ri­nə gö­rə, 2012-2013-cü təd­ris ili­nin döv­lət im­ta­ha­nı­na ba­ka­lavr pil­lə­si üz­rə 149 tə­lə­bə bu­ra­xı­lıb: «Bu tə­lə­bə­lər 4 il­lik təh­sil müd­də­tin­də mü­va­fiq kre­dit­lə­ri­ni top­la­yıb­lar. Həm­çi­nin bir ne­çə nə­fər də əv­vəl­ki il­lə­rin bu­ra­xı­lış tə­lə­bə­lə­rin­dən im­ta­han­la­ra qa­tı­lıb. On­lar ins­ti­tu­tu bi­tir­dik­lə­ri il­lər­də döv­lət im­ta­ha­nın­dan kə­si­lən­lər­dir. Qay­da­la­ra gö­rə, on­la­rın 5 il ər­zin­də 3 də­fə döv­lət im­ta­ha­nı ver­mək hü­qu­qu var. İm­ta­han­lar ar­tıq ye­kun­la­şıb, ha­zır­da nə­ti­cə­lər ana­liz edi­lir. Təx­mi­nən 120-125 nə­fər tə­lə­bə­miz mə­zun ol­maq hü­qu­qu qa­za­nıb. 20-dək tə­lə­bə isə döv­lət im­ta­han­la­rın­dan kə­si­lib. On­lar Apel­ya­si­ya Ko­mis­si­ya­sı­na mü­ra­ciət et­miş­di­lər. Mü­ra­ciət­lə­ri­nə ba­xıl­dı, nə sə­bə­bə kə­sil­dik­lə­ri izah edil­di».
El­dar As­la­nov qeyd et­di ki, iyu­lun 10-da ins­ti­tut­da “Mə­zun-2013” mə­ra­si­mi ke­çi­ri­lə­cək.
Mə­lum­dur ki, Azər­bay­can Tu­rizm İns­ti­tu­tu­nun Avstri­ya­nın Krems Tət­bi­qi Elm­lər Uni­ver­si­te­ti ilə bir­gə bey­nəl­xalq təh­sil proq­ra­mı var. Bu proq­ram üz­rə oxu­yan tə­lə­bə­lər son­da ATİ ilə ya­na­şı, Avstri­ya uni­ver­si­te­ti­nin də dip­lo­mu­nu alır­lar. Həm­söh­bə­ti­miz bil­dir­di ki, bu il 20-dən ar­tıq tə­lə­bə­nin iki­li dip­lom al­maq şan­sı var: «Bu gün­lər­də Krems Uni­ve­si­te­ti­nin rek­to­ru Eva Ver­ne­rin rəh­bər­li­yi ilə nü­ma­yən­də he­yə­ti Ba­kı­ya sə­fə­rə gə­lə­cək. On­lar ATİ-nin bey­nəl­xalq proq­ram üz­rə təh­sil alan tə­lə­bə­lə­ri­nin ye­kun döv­lət im­ta­ha­nı­nı ke­çi­rə­cək­lər. Bu tə­lə­bə­lər ar­tıq mil­li proq­ram üz­rə döv­lət im­ta­han­la­rı­nı ve­rib­lər. İyu­lun 8-9-da 20-dən çox tə­lə­bə­miz bey­nəl­xalq proq­ram üz­rə im­ta­han ve­rə­cək. İyu­lun 10-da ke­çi­ri­lə­cək mə­ra­sim­də mə­zun­la­rı­mı­za dip­lom­lar təq­dim edi­lə­cək».
Pro­rek­to­run söz­lə­ri­nə gö­rə, ATİ-də tu­rizm, me­nec­ment, mar­ke­tinq, so­sial iş, nəq­liy­yat xid­mə­ti, qi­da mü­hən­dis­li­yi, bey­nəl­xalq mü­na­si­bət­lər, mu­zey­şü­nas­lıq da da­xil ol­maq­la, 10 ix­ti­sas üz­rə həm ba­ka­lavr, həm də ma­gistr sə­viy­yə­sin­də mü­tə­xəs­sis ha­zır­la­nır. İns­ti­tut­da ar­tıq ma­gis­t­ra­tu­ra üz­rə də ye­kun döv­lət im­ta­han­la­rı so­na ça­tıb: «10 nə­fər­dən çox mə­zu­nu­muz bu il ma­gistr dip­lo­mu­na sa­hib ola­caq. Ey­ni za­man­da bu il ilk də­fə ATİ-də fərq­lən­mə dip­lo­mu ilə tə­lə­bə mə­zun olub. Bu bi­zi çox se­vin­di­rir. Hə­min tə­lə­bə ma­gist­ra­tu­ra mər­hə­lə­sin­də təh­sil alır­dı. Bir mə­qa­mı da nə­zə­ri­ni­zə çat­dı­rım ki, in­di­yə qə­dər ATİ-dən ümu­mi­lik­də 565 nə­fər tə­lə­bə mə­zun olub”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar