Gür­cüs­ta­nın pay­tax­tı Tbi­li­si­də Av­ro­pa İt­ti­fa­qı­nın Tem­pus proq­ra­mı­na uy­ğun «Bey­nəl­xalq ba­ka­lavr və ma­gistr proq­ram­la­rı üz­rə da­vam­lı tu­riz­min ida­rə olun­ma­sı üçün ye­ni mo­dul­la­rın in­ki­şa­fı» la­yi­hə­si çər­çi­və­sin­də fəa­liy­yət gös­tə­rən iş­çi qrup­la­rın gö­rü­şü ke­çi­ri­lib. Gür­cüs­tan Kənd Tə­sər­rü­fa­tı Uni­ver­si­te­tin­də ger­çək­lə­şən gö­rüş­də baş­lı­ca məq­səd qrup­lar tə­rə­fin­dən ha­zır­la­nan mo­dul­la­rın son ver­si­ya­sı­nı la­yi­hə rəh­bər­li­yi­nə və iş­çi qrup­la­rın üzv­lə­ri­nə təq­dim et­mək idi.
Təd­bi­rin rəs­mi his­sə­si­ni la­yi­hə koor­di­na­to­ru And­rea Menn (Al­ma­ni­ya Tət­bi­qi Elm­lər Uni­ver­si­te­ti - YA­DE) açıb. Gö­rüş­də iş­ti­rak edən Azər­bay­can Tu­rizm İns­ti­tu­tu­nun pro­rek­to­ru El­dar As­la­nov çı­xı­şın­da diq­qə­tə çat­dı­rıb ki, sö­zü­ge­dən la­yi­hə Al­ma­ni­ya­nın Tət­bi­qi Elm­lər Uni­ver­si­te­ti ilə ATİ ara­sın­da beş il­dən bə­ri da­vam edən əmək­daş­lı­ğın bəh­rə­si­dir.
Beş­gün­lük proq­ram çər­çi­və­sin­də da­vam edən din­lə­mə­lər­də mə­lum olub ki, iş­çi qru­pun rəh­bər­lə­ri la­yi­hə­nin 1-ci mər­hə­lə­si­nin həl­lin­də də bir sı­ra gös­tə­ri­ci­lər qa­za­nıb­lar. Təd­bi­rin son gü­nü qə­ra­ra alı­nıb ki, la­yi­hə­nin son­ra­kı mər­hə­lə­sin­də kur­ri­ku­lum­la­ra ye­ni mo­dul­lar da­xil edil­sin. İş­çi qrup­lar tə­rə­fin­dən ha­zır­la­nan mo­dul­la­rın təs­vi­ri­nin təq­di­ma­tı ilə təd­bi­rə ye­kun vu­ru­lub.
Növ­bə­ti gö­rü­şün bu ilin no­yabr-de­kabr ay­la­rın­da ke­çi­ril­mə­si qə­ra­ra alı­nıb.

Fəxriyyə