Çi­mər­lik­lər­də mo­ni­to­rinq­lər da­vam edir

A­zər­bay­can­da ar­tıq ya­yın qız­mar gün­lə­ri baş­la­yıb. Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi­nin Mil­li Hid­ro­me­teo­ro­lo­gi­ya De­par­ta­men­ti­nin Hid­ro­me­teo­ro­lo­ji Proq­noz­lar Bü­ro­su xə­bər ve­rib ki, iyul ayın­da Azər­bay­can­da ha­va­nın tem­pe­ra­tu­ru iq­lim nor­ma­sı­na ya­xın və hətta nor­ma­dan bir qə­dər yük­sək ola­caq.
Bu, çi­mər­lik tu­riz­mi hə­vəs­kar­la­rı üçün şad xə­bər ol­sa da, bə­zi çi­mər­lik­lər­də­ki və­ziy­yət heç də ürə­ka­çan de­yil.
Be­lə ki, Ba­kı şə­hə­ri əra­zi­sin­də yer­lə­şən çi­mər­lik­lə­rin 2013-cü il yay möv­sü­mü­nə ha­zır­lı­ğı ilə əla­qə­dar Res­pub­li­ka Gi­gi­ye­na və Epi­de­mio­lo­gi­ya Mər­kə­zi tə­rə­fin­dən Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi Xə­zər Komp­leks Eko­lo­ji Mo­ni­to­rinq İda­rə­si ilə bir­lik­də mo­ni­to­rinq ke­çi­ri­lib.
Sə­hiy­yə Na­zir­li­yi­nin rəs­mi say­tın­da ve­ri­lən mə­lu­ma­ta gö­rə, müa­yi­nə­lər za­ma­nı müəy­yən edi­lib ki, Sə­bail ra­yo­nu­nun Şıx və Qa­ra­dağ ra­yo­nu­nun Sa­hil çi­mər­lik­lə­ri­nin sa­ni­ta­ri­ya mü­ha­fi­zə zo­laq­la­rın­da də­niz su­yu­nun in­ten­siv çirk­lən­mə­si hal­la­rı hə­lə də da­vam et­mək­də­dir. Şıx çi­mər­li­yi­nin sa­ni­ta­ri­ya-mü­ha­fi­zə zo­la­ğı­na Bi­bi­hey­bət, Ba­dam­dar, 20-ci ya­şa­yış sa­hə­si əra­zi­lə­rin­dən və di­gər tə­rəf­dən, Lök­ba­tan qə­sə­bə­si is­ti­qa­mə­tin­də tə­sər­rü­fat-məi­şət çir­kab su­la­rı, Sa­hil çi­mər­li­yi­nin mü­ha­fi­zə zo­la­ğı­na isə Sa­hil tə­miz­lə­yi­ci qur­ğu­lar stan­si­ya­sın­da tə­mir-ye­ni­dən­qur­ma iş­lə­ri ba­şa çat­dı­rıl­ma­dı­ğın­dan tə­miz­lən­mə­miş çir­kab su­la­rın axı­dıl­ma­sı də­niz su­yu­nun bak­te­rio­lo­ji çirk­lən­mə­si­nə sə­bəb olub. La­bo­ra­to­ri­ya müa­yi­nə­sin­də Şıx və Qa­ra­dağ ra­yo­nu­nun Sa­hil çi­mər­lik­lə­rin­də bak­te­rio­lo­ji çirk­lən­mə gös­tə­ri­ci­lə­ri nor­ma­dan də­fə­lər­lə çox ol­du­ğu müəy­yən edi­lib.
La­bo­ra­to­ri­ya müa­yi­nə­lə­ri za­ma­nı Mər­də­kan-Şü­və­lan, Nov­xa­nı, Bu­zov­na, Za­ğul­ba, Pir­şa­ğı, Bil­gəh, Nar­da­ran, Tür­kan, Höv­san çi­mər­lik­lə­rin­də də­niz su­yu­nun fi­zi­ki-kim­yə­vi, bak­te­rio­lo­ji, tok­si­ko­lo­ji, ra­dio­lo­ji key­fiy­yət gös­tə­ri­ci­lə­ri­nin nor­ma sə­viy­yə­sin­də ol­du­ğu aş­kar­la­nıb.
«Sa­ni­ta­ri­ya-Epi­de­mio­lo­ji Sa­la­mat­lıq haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­nun 34-cü mad­də­si­nə əsa­sən, Şıx çi­mər­li­yi­nin, Qa­ra­dağ ra­yo­nu­nun Sa­hil çi­mər­li­yi­nin və gös­tə­ri­lən əra­zi­lə­rin qey­ri-qa­nu­ni çi­mər­lik sa­hə­lə­ri­nin çi­mər­lik ki­mi is­ti­fa­də­si­nin mü­vəq­qə­ti ola­raq qa­da­ğan edil­mə­si ba­rə­də qə­bul edil­miş 07.06.2010-cu il ta­rix­li qə­rar qüv­və­də sax­la­nı­lıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar