Monoqrafiya Türkiyədə nəşr olunub

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası Türkiyədə “Bengü Yayınları”nda nəşr edilib.

İnstitutdan bildirilib ki, 332 səhifəlik monoqrafiyada böyük qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, janrlar üzrə bədii yaradıcılığı və Azərbaycanla əlaqələri araşdırmaya cəlb edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli nəşrə “Əbədi mogikan” adlı geniş ön söz yazıb.

Kitab Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə nəşrə hazırlanıb. Gənc tədqiqatçı Səfa Başımoğlunun türkcəyə çevirdiyi kitabın redaktorları Kastamonu Universitetinin professoru, aytmatovşünas alim Orhan Söylemez və Ömer Faruk Ateşdir.