İyulun əvvəlində Baltikyanı ölkələrdə ən böyük Azərbaycan mətbəxi restoranı açılacaq. Latviyanın paytaxtı Riqada “Bakı” restoranının fəaliyyətə başlaması ilə şəhər sakinləri və qonaqlar Azərbaycanın müxtəlif regionlarının ənənəvi xörəklərini dadmaq imkanı qazanacaqlar.
   “Bakı” restoranının sahibi Azər Mirzəliyev Qafqaz mətbəxinin sirlərini yaxşı bilir. Restoran Riqa yaxınlığındakı sakit bir guşədə yerləşir. Məxsusi bu restoran üçün tikilmiş binanın memarlığı və interyeri Şərq ənənələri ilə müasir meyllərin üzvi şəkildə birləşdirən əyani nümunədir. Layihə müəllifləri Azərbaycan tətbiqi sənətinə xas olan milli cizgilərlə müasir Avropa ənənələrinin vəhdətini yarada biliblər. Binanın tərtibatında ənənəvi materiallardan və Azərbaycan motivlərindən istifadə edilib.

   Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar