Olaylar, faktlar (26–30 yanvar)

 

120 il əvvəl...

 

27 yanvar 1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başlanıb. İki il sürən müharibədə Rusiya məğlub olub və Uzaq Şərqdəki strateji Port-Artur limanını itirib.

 

101 il əvvəl...

 

27 yanvar 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Bakı Teatr Texnikumunun – Şərqdə ilk teatr məktəbinin təşkili barədə qərar qəbul edib.

 

91 il əvvəl...

 

30 yanvar 1933-cü ildə Almaniya Reyxstaqında (parlament) sayca üçüncü fraksiyaya malik olan Nasional-Sosialist Partiyasının lideri Adolf Hitler prezident Petr Qindenburq tərəfindən reyxskansler (baş nazir) təyin olunub. Bu, Hitlerin de-fakto hakimiyyətə gəlişi idi. Bir il sonra Qindenburq vəfat etdi və Hitler qanunla prezidentlik institutunu ləğv etdi. Almaniyada faşist diktaturası bərqərar olundu.

 

90 il əvvəl...

 

26 yanvar 1934-cü ildə Ümumittifaq Kommunist Partiyasının XVII qurultayında (“qaliblərin qurultayı”) Stalin tərəfindən antisovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edilib. Bu, SSRİ-də kütləvi repressiyaların başlanmasına zəmin idi.  Həmin konsepsiyanın ilk qurbanları elə ona səs verənlər oldular. 1937-ci ilədək XVII qurultayın 1966 iştirakçısından 1108-i güllələnmişdi.

 

82 il əvvəl...

 

29 yanvar 1942-ci ildə SSRİ, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı alyans barədə saziş imzalanıb. Sazişə əsasən, İran ərazisində – Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirildi və müharibənin sonunadək (1945) sovet qoşunları orada qaldı.

 

38 il əvvəl...

 

28 yanvar 1986-cı ildə ABŞ kosmik tədqiqatlar sahəsində böyük faciə ilə üzləşib. “Çelencer” kosmik gəmisi (çoxdəfəli istifadə olunan) startdan sonra 73-cü saniyədə partlayıb. Gəmidəki 7 kosmonavtın ölümü Amerika üçün şok oldu. 2003-cü il fevralın 1-də Amerika ikinci belə şok yaşadı: “Columbia” şattlının partlaması nəticəsində yenə 7 kosmonavt həlak oldu.

 

32 il əvvəl...

 

28 yanvar 1992-ci ildə Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə ən böyük terror aktlarından birini həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış raketlə vurulub. Vertolyotdakı 47 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.

30 yanvar 1992-ci ildə Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1994-cü ildən ATƏT adlanır) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan və Ermənistan quruma üzv qəbul olunub.

Hazırladı: V.Orxan