Qar­şı­dan gə­lən Ra­ma­zan bay­ra­mı ilə əla­qə­dar Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən bir sı­ra tu­rizm şir­kət­lə­ri öl­kə­mi­zin re­gion­la­rı­na müx­tə­lif tur­lar tək­lif edir­lər. «Vek­tor Tra­vel» tu­rizm şir­kə­ti is­ti­ra­hət hə­vəs­kar­la­rı­nı Za­qa­ta­la-Balakən-Qax-İli­su mar­şru­tu üz­rə sə­ya­hə­tə də­vət edir. 10-11 av­qust ta­rix­lə­rin­də baş tu­ta­caq tu­run qiy­mə­ti 79 ma­nat­dır.
   
   Av­qus­tun 10-da sə­hər sa­at 7-də Ba­kı­dan yo­la dü­şə­cək tur iş­ti­rak­çı­la­rı Şa­ma­xı­da sə­hər ye­mə­yi ye­dik­dən son­ra yo­lüs­tü Qə­bə­lə­də, No­hur­göl sa­hi­lin­də qı­sa fa­si­lə edib Za­qa­ta­la is­ti­qa­mə­tin­də hə­rə­kət edə­cək­lər. Ra­yon mər­kə­zin­də yer­lə­şən ho­tel­də na­har­dan son­ra Za­qa­ta­la qa­la­sı­na eks­kur­si­ya təş­kil olu­na­caq.
   Za­qa­ta­la qa­la­sı ta­ri­xi abi­də­dir. 1830-cu il­də ti­ki­lən qa­la çar ha­ki­miy­yə­ti­nə qar­şı bir sı­ra kənd­li çı­xış­la­rı­nın ya­tı­rıl­ma­sın­da əsas da­yaq mən­tə­qə­si olub. Ötən əs­rin əv­və­lin­də “Pot­yom­kin” zi­reh­li gə­mi­si­nin üs­yan­çı mat­ros­la­rı da Za­qa­ta­la­ya sür­gün edil­miş və bu qa­la­­da sax­la­nıl­mış­dı­lar. Bu ha­di­sə Qıl­man İl­ki­nin «Qa­la­da üs­yan» ro­ma­nın­da ək­si­ni ta­pıb, hə­min əsər əsa­sın­da «Ye­nil­məz ba­tal­yon» bə­dii fil­mi çə­ki­lib.
   Sə­fə­rin 1-ci gü­nü iş­ti­rak­çı­la­rı Ba­la­kə­nə sə­fər, ra­yo­nun gö­zəl tə­biə­ti­ni ka­nat­dan iz­lə­mək, bö­yük park­da yer­li sa­kin­lə­rin iş­ti­ra­kı ilə gö­zəl mil­li rəqs­lər­lə əy­lən­mək və ho­tel­də şam ye­mə­yi göz­lə­yir.
   Tu­run 2-ci gü­nü Za­qa­ta­la-Qax is­ti­qa­mə­tin­də yo­la çı­xa­caq tu­rist­lər «İ­li­su» Döv­lət Qo­ru­ğu­nu gə­zə­cək­lər. Sa­hə­si 9,2 min hek­tar olan qo­ruq­da mü­ha­fi­zə olu­nan əsas ob­yekt­lər or­ta dağ­lıq qur­şaq­da­kı me­şə­lər­dir. Qa­nıq-Əy­ri­çay va­di­si ra­yo­nun­da hey­van və ba­lıq ovu üçün mü­na­sib yer­lər var. Son­ra tur iş­ti­rak­çı­la­rı Ulu kör­pü və Su­mux qa­la­sı­na eks­kur­si­ya edə­cək­lər.
   U­lu kör­pü Qax ra­yo­nu əra­zi­sin­də ori­ji­nal xü­su­siy­yət­lə­rə ma­lik qə­dim ta­ri­xi-me­mar­lıq abi­də­si­dir. XVIII əs­rə aid edi­lən kör­pü İli­su kən­di­nə ge­dən yol­da Kür­mük ça­yı­nın üzə­rin­də sa­lı­nıb.
   Su­mux qa­la­sı İli­su­ya şöh­rət gə­ti­rən me­mar­lıq abi­də­lə­rin­dən bi­ri­dir. Vax­ti­lə mü­da­fiə qül­lə­si ki­mi ta­nı­nıb. Qül­lə­nin ya­ran­ma ta­ri­xi XVII-XVIII əsr­lə­rə aid edi­lir. Rə­va­yə­tə gö­rə, bu qül­lə­ni İli­su­nun 9-cu ha­ki­mi olan Su­mu ad­lı şəxs tik­di­rib.
   Tur iş­ti­rak­çı­la­rı da­ha son­ra İli­su şə­la­lə­si­nə də baş çə­kə­cək­lər.
   Bay­ram gün­lə­rin­də da­ha bir da­xi­li tur «Mil­len­nium & Tu­rizm Konq­res DMC» tə­rə­fin­dən Ma­sal­lı ra­yo­nu­na real­laş­dı­rı­la­caq. 11 av­qus­ta nə­zər­də tu­tu­lan sə­fər za­ma­nı tu­rist­lər Ma­sal­lı şə­hə­rin­dən 13 ki­lo­metr ara­lı­da, də­niz sə­viy­yə­sin­dən 1650 metr yük­sək­lik­də yer­lə­şən İs­ti­su «Fa­ti­me­yi-Zəh­ra» şə­fa sa­na­to­ri­ya­sın­da ola­caq, 250 pil­lə­li Ya­nar­da­ğı fəth edə­cək, Ma­sal­lı-Yar­dım­lı yo­lu­nun 25-ci km-də yer­lə­şən Tək­dam şə­la­lə­si­ni görə biləcək­lər. 34 metr hün­dür­lü­yü olan şə­la­lə üst his­sə­sin­dən - təx­mi­nən 1500 metr yük­sək­lik­də - ət­ra­fa möh­tə­şəm pa­no­ram açı­lır. So­vet ha­ki­miy­yə­ti za­ma­nın­da bu dağ­lıq əra­zi­də tək gö­zət­çi dax­ma­sı şə­la­lə­nin ya­nın­da sa­lın­dı­ğı üçün bu­ra­nı «tək dam» de­yə ça­ğı­rıb­lar. Tək­dam şə­la­lə­si­nin yer­ləş­di­yi zo­na böl­gə­yə is­ti­ra­hə­tə gə­lən­lə­rin da­ha çox üz tut­du­ğu mə­kan­dır.
   Tu­run qiy­mə­ti 28 ma­nat­dır.

Fəxriyyə