Rusiya telekanalında bölgələrimiz haqqında süjet göstərilib
   
   Rusiyanın “Rossiya 24” telekanalının “Xüsusi reportaj” proqramının növbəti buraxılışlarından biri Azərbaycanın görməli yerlərinə həsr edilib. 
   Telekanalın jurnalisti Anton Borisov “Dağlar qoynunda” adlı reportajda Azərbaycanın dağlıq bölgələri - Quba rayonu, unikal dağ kəndi Xınalıq, Qırmızı qəsəbə, Nabran və Qusar haqqında söhbət açır.
   Rusiyalı jurnalist qeyd edir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir - Bakıda Qız qalasından uca göydələnlər, neft buruqları, Xəzər dənizi - bütün bunlar bir-birindən gözəl və cəlbedicidir. Lakin müəllifin fikrincə, Azərbaycanda bunlardan heç də az cəlbedici olmayan başqa uğurlar da var.
   Ölkəmizdə əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan müxtəlif xalqların adət və ənənələri, Azərbaycanın turizm potensialı, o cümlədən Şahdağ dağ xizək kompleksi, insanı coşduran musiqi və rəqslər, Qubanın alma bağları, görməli yerlər və yerli sakinlərin ətraflı söhbətləri - bütün bunlar “Dağlar qoynunda” reportajında öz əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar