Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin yanvar-iyul ayları ərzində ölkəyə gələn turistlərin sayı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində Türkiyəni 19 milyondan çox turist ziyarət edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur. Turistlərin 10 milyonu Avropadan, 4,8 milyonu isə MDB ölkələrindən gəlib.
   Ən çox ziyarət olunan bölgələrə Antalya başçılıq edir. Qeyd olunan dövr ərzində Antalyaya 6 milyon turist səfər edib. İkinci yerdə İstanbul (5,8 milyon), üçüncü yerdə Muğla (1,6 milyon) bölgəsidir.
   Ölkələr üzrə sıralamada isə birinci yerdə Almaniya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2,6 milyon turist gəlib. İkinci və üçüncü yerlərdə Rusiya (2,3 milyon) və Britaniyadır (1,3 milyon). İlk onluğa həmçinin Gürcüstan, Bolqarıstan, Hollandiya, Belçika, İran, Fransa və ABŞ daxil olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar