Qaliblər arasında Qara Qarayev adına MİM-in şagirdi də var

 

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin qərarı ilə Lənkəran şəhəri 2024-cü ildə ölkəmizin “Gənclər paytaxtı” elan edilib. Fevralın 2-də “Gənclər paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış edblər.

Nazir “Gənclər paytaxtı”nın rəmzi açarını şəhərin icra başçısına təqdim edib.

Sonra dövlət başçısının sərəncamı ilə 2024-cü ildə Prezident mükafatlarına layiq görülmüş gənclər təltif olunub.

Tədbirdə eyni zamanda Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif nominasiyalar üzrə “İlin gənci” elan edilmiş şəxslər mükafatlandırılıb. 2023-cü ildə fəaliyyətləri ilə seçilmiş gənclərə kubok, diplom və pul mükafatları verilib. 

İncəsənət sahəsində “İlin gənci” mükafatı ilə təltif olunanlar arasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) klarnet ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Hüseyn Gözəlov (Əməkdar artist, dosent Əziz Qarayusiflinin sinfi)  da var.