Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktrisası, Xalq artisti Firəngiz Şərifovanın (1924-2014) 100 illik yubileyi ilə əlaqədar "Mən mahnı qoşuram" filmi nümayiş olunub.

Paytaxtın 253, 288,180 nömrəli tam orta məktəbləri və 7 nömrəli Bakı Peşə məktəbinin şagirdlərinin iştirak etdiyi tədbirdə öncə mərkəzin əməkdaşı Firəngiz Şərifovanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, aktrisa uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. O, Tofiq İsmayılovun 1979-cu ildə lentə aldığı “Mən mahnı qoşuram” filmində səslənən mahnıların ifaçılarından biridir.  

Sonra şagirdlər "Mən mahnı qoşuram" filmini maraqla izləyiblər.