Dahi Azərbaycan bəstəkarı, dünya musiqi xəzinəsinə bir çox dəyərli əsərlər bəxş etmiş  Qara Qarayevin (1918–1982) anadan olmasının 106-cı ildönümü (5 fevral) münasibətilə mədəniyyət ocaqlarında tədbirlər keçirilir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında da Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert təşkil edilib.

Konsertdən əvvəl musiqişünas Aysel Kərim bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist vokalçı, Əməkdar artist Fəridə Məmmədova olub. Proqramda bəstəkarın əsərləri səsləndirilib.