İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) müşahidə missiyası da fevralın 8-də növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Müşahidə missiyasının rəhbəri, İƏT Pİ baş katibinin müavini Əli Əsgər Mohammadi Sicani Azərbaycanda növbədənkənar prezident seçkilərinin çox yüksək səviyyədə keçirildiyini deyib.

“Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Bu, çox əhəmiyyətli bayram idi, çünki ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi”, – deyə missiya rəhbəri vurğulayıb.

İƏT Pİ-nin rəsmisi seçici fəallığına və xüsusilə qadınların aktivliyinə diqqət çəkib.

“Azərbaycan, nəhayət, 30 illik işğaldan sonra ərazi bütövlüyünü tam bərpa edib. Bu, bizi çox sevindirir”, – deyən missiya rəhbəri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləmək imkanı olmadığına görə təəssüfləndiyini bildirib.