Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək seçkilərdə qələbəsi münasibətilə onu təbrik edib.
Bu barədə o, “X” platformasında paylaşımında bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularımı ifadə etdim.
Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlıq, o cümlədən əlaqələnmə və enerji məsələləri müzakirə olundu.
Azərbaycan və Ermənistan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı. Sabit və firavan Cənubi Qafqazın inkişafı naminə Brüssel prosesi çərçivəsində üçtərəfli görüşü bərpa etməklə bağlı Azərbaycan tərəfinin öhdəliyini alqışlayıram”, – deyə Aİ lideri paylaşımda vurğulayıb.