Fevralın 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat və Ramazan Şərifzadə xalq və bəstəkar mahnılarından ibarət musiqi çələngi təqdim ediblər.
Xalq artistləri ifadan əvvəl 44 günlük müharibədə bizə Zəfər qazandırmış Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr etdiklərini dilə gətiriblər.
İfaçılar sərhədləri bütöv bir ölkədə yaşadıqları üçün xoşbəxt olduqlarını bildirib, Vətənə sevgilərini səsləndirdikləri nəğmələrlə ifadə ediblər.
Musiqili gecədə müğənniləri Dövlət Mahnı Teatrının instrumental ansamblı (bədii rəhbər Mirxalid Salayev) müşayiət edib.