Fevralın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi rus bəstəkarı Nikolay Rimski-Korsakovun (1844–1908) 180 illiyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə (soprano) və Mahir Tağızadə (bariton) çıxış ediblər. Bu dəfə dirijor pultu arxasında Xalq artisti Yalçın Adıgözəlov olub.
Proqramda bəstəkarın “Şəhrizad” simfonik süitası (op.35), “Mlada” opera-baletindən “Yürüş”, “Çar gəlini” operasından “Marfa və Qryaznoyun ariyası” və “İspan kapriççiosu” (op.34) əsərləri səsləndirilib.