Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertləri davam edir.

Yanvar ayının konsertləri filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gerçəkləşib.

Yanvarın 6-da Azərbaycan Dövlət Fortepiano Triosunun XX əsr musiqisindən ibarət konserti keçirilib. Solistlər – Əməkdar artistlər Töhfə Babayeva (violin) və Elnarə Kəbirlinskaya (piano) öz ifalarını təqdim ediblər.

Yanvarın 13-də Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət gənc istedadların iştirakı ilə “Köhnə yeni ilə” həsr olunmuş konsert təşkil olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Surə Rüfət, Məryəm Baratzadə, Fərəh Əliyeva, Camal Əliyev, Xanım Quluzadə, Dəniz Resilova, Aydan Nuriyeva, Yasəmən Umudova, Ayşən Umudova, Arzu Dadaşova, Aylin Dadaşlı, Asiya Oruclu, Səyyarə Tağıyeva, İnci Abdullayeva, Banu Qasımova, Gülay Abdullazadə, Fatimə Mirməmmədli, Zümrüd Məmmədova, Nuray Həsənli, Süleyman Ramadanov, Aysel Rəhimli, Xədicə Əhmədova, Fidan Poladzadə, Ayan Əsgərova, Fatimə Hüseynzadə və Nailə Növrəsli çıxış ediblər.

Yanvarın 27-də isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental qrupunun (musiqi rəhbəri – Mahir İbrahimov) Azərbaycan retro kino musiqisindən ibarət konserti keçirilib. Əməkdar artist Almaz Orucova, solistlər Nurlan Əzizbəyli, Vəfa Orucova, Fərhad Allahverdiyev, Kamran Şəkərov, Nurlana Abdullayeva, Murad Rüstəmzadə və Taleh Yahyayev rəngarəng proqramla dinləyicilərin könlünü oxşayıblar.

Qeyd edək ki, konsertlərin dinləyicisi olmaq istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.