Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Türkiyədə əməliyyat olunub.
Bəstəkar fevralın 12-də İstanbuldakı “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib (APA).
Qeyd edək ki, Cavanşir Quliyev bir neçə gün əvvəl Türkiyədə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.