Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinə 158,153, 60 və 53 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinin, Qaradağ rayon Heydər Əliyev Mərkəzinə isə 166 nömrəli məktəbin müəllim və şagirdlərinin ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu öndərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə şagirdlər mərkəzin muzey bölmələri, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid fotoşəkil və digər eksponatlarla tanış olublar.