Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.
“Kəsişən xətlər” adlı konsertdə bəstəkar Cəlal Abbasovun “Simli kvartet No2.”, Bit Furrerin solo piano üçün “The Snow Has No Voice”, Claud Debussinin solo fleyta üçün “Syrinx” və Artur Honegerin “Simfoniya No.2” əsərləri ifa olunacaq.
Konsertin solistləri Rəhilə Nəzərova, Samir Əsədov, Vəfa Kuznetsova, Rəna Rəhimova, Ərol Rzayev və Humay Qasımzadədir.
Qeyd edək ki, 2021-ci ildə yaradılan “Cadenza” orkestri (bədii rəhbər Türkər Qasımzadə) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərir.