Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva fevralın 9-da “Sənət” uşaq musiqi və incəsənət mərkəzində təşkil olunan “Çoxmənalı süjet” ("Сквозной сюжет") adlı ədəbi-musiqili gecədə iştirak ediblər.
Bu barədə Leyla Əliyeva öz instaqram səhifəsində paylaşım edib.
Qeyd edək ki, qonaqlar gecədə şair-ssenarist Yelena İsayeva, şair Yelena İvanova-Verxovskaya və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Valeriya İsgəndərovanın çıxışlarını izləyiblər.