Fevralın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində orqan və violin musiqisi axşamı keçirilib.

Konsertin solistləri Nigar Məmmədova (orqan), Renata Abubəkirova (violin), Ərol Rzayev (cello) ifaları ilə dinləyicilərə xoş təəssürat bağışlayıblar. Proqramda Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri səslənib.